Yaponiya Baş naziri Çinə səfər edəcək

Yaponiya hökumətinin başçısı Sindzo Abe oktyabr ayının 25-də Çinə rəsmi səfərə gedəcək.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Çin Xarici İşlər nazirliyinin rəsmisi Lu Kan deyib: "Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Ketsyanın dəvəti ilə Yaponiya Baş naziri Sindzo Abe 25-27 oktyabr tarixlərində Çinə səfər edəcək".

Lu Kan xatırladıb ki, son 7 ildə ilk dəfə Yaponiya Baş naziri Çinə səfər edəcək. O qeyd edib ki, Yaponiya rəhbərinin səfəri həm də iki ölkə arasında imzalanan dostluq və qardaşlıq haqqında anlaşmanın 40 illiyinə təsadüf edəcək: "Səfər çərçivəsində Çinlə Yaponiya arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə ediləcək, bölgədəki və beynəlxalq aləmdəki iqtisadi və siyasi vəziyyət barədə fikir mübadiləsinə baş vurulacaq".

Əziz Mustafa

Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az