Kanada Ukraynadakı prezident seçkilərinə 24 milyon dollar ayırıb

Kanada Ukraynada prezident seçkilərinin keçirilməsi üçün 24 milyon dollar ayırıb.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın Xarici işlər naziri Xrista Friland mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, məqsəd gələn ilin mart ayının 31-də keçiriləcək prezident seçkilərində daha çox ictimai təşkilatların və qadınların iştirak etməsinə yardım etməkdir: "Kanada hökuməti Ukraynada prezident seçkilərinin keçirilməsinə 24 milyon dollar ayırıb. Məqsəd seçkilərdə ictimai təşkilatların və qadınların daha fəal iştirak etməsinə yardım etməkdir".

Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, preident seçkilərinin keçirilməsi Ukraynaya 2,36 milyard qrivenə (indiki kursla 84,3 milyon dollar) başa gələcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az