İsrail on ölkə səfirliklərini Təl-Əvivdən Qüdsə köçürdür

İsrail təxminən on ölkə ilə səfirliklərin Təl-Əvivdən Qüdsə daşınması haqqında danışıqlar aparır.

Bu haqda “RİA-Novosti” agentliyinə Yerusəlimin işləri üzrə nazir Zeev Elkin bildirib.

Onun sözlərinə görə, bu ölkələr arasında keçmiş SSRİ respublikaları da var.

“Bir sıra ölkələrlə səfirliklərin mümkün köçürülməsi haqqında danışıqlar aparılır. Onların sayı təxminən ondur”, - agentliyin həmsöhbəti deyib.

Lakin nazir hansı dövlətlərdən söhbət getdiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, 2017-ci il dekabrın əvvəlində ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Bu il mayın 14-də - İsrailin yaranmasının 70-ci ildönümündə ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. Bunun ardınca, Qvatemala və Paraqvay analoji addım atıb. Lakin sonradan Paraqvay öz qərarını təkrar gözdən keçirərək geri addım atıb.

Lakin dünyanın əksər ölkələri hesab edir ki, Qüdsün statusunun müəyyən edilməsi Yaxın Şərq münaqişəsinin həlli üçün vacibdir. Bildirilir ki, şəhərin statusu fələstinlilərlə razılıq əsasında həll edilməlidir.

Şəhərin həll edilməmiş statusuna və onun şərq hissəsinə fələstinlilərin iddialarına baxmayaraq, Braziliya, Avstraliya və Çexiya rəhbərliyi səfirliklərin mümkün köçürülməsi haqqında açıq danışırlar. Publika.az

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az