Qadınlar üçün 22-24, kişilər üçün isə 26-28 yaş normal nikah yaşı sayılır

Qadınlar üçün 22-24, kişilər üçün isə 26-28 yaş normal nikah yaşı sayılır

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı bölgələrinin birində 11 yaşlı qızla 15 yaşlı oğlanın nişan mərasimini əks etdirən görüntü sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub.

Oxuməni.az xəbər verir ki, hansı yaşda evlənmə problemi Azərbaycanın ictimai həyatında daim diqqət mərkəzində olub və günümüzdə də bununla bağlı fərqli yanaşmalar özünü göstərməkdədir. Məsələ ilə bağlı psixoloq Gülnar Orucova axar.az-a verdiyi açıqlamasında bildirib ki, erkən nikah dövrümüzün həllini tapmayan problemlərindəndir:

"Hazırda Azərbaycanın xüsusilə cənub bölgəsi başda olmaqla, bir çox regionunda eyni hal yaşanmaqdadır. Həmin regionlara baxdıqda görünür ki, qadınların nikah yaşı 18 yaşın altındadır. Halbuki dövlət rəsmi nikah yaşını 18 olaraq təyin edib. Qadınlar üçün 22-24, kişilər üçün isə 26-28 yaş normal nikah yaşı sayılır. Ancaq bu o demək deyil ki, qızlar və oğlanlar məhz bu yaş aralığında nikaha daxil olmalıdır. Əgər bir insan maddi, fizioloji, psixoloji olaraq nikaha hazır deyilsə, yaşından asılı olmayaraq, ailə qurmamalıdır".

Psixoloq deyib ki, ailələr övladlarını erkən nikaha məcbur etməməlidir:

"Bunun fəsadları olduqca ağır ola bilər. Belə ailələr, əsasən, uğursuz olur. Bu ailələrdə doğulan körpələr də normal tərbiyə ala bilmir, çünki valideynlər buna hazır olmurlar".

Psixoloqun sözlərinə görə, uğurlu nikah üçün ən önəmli şey məsuliyyət hissinin formalaşmasıdır:

"22 yaşdan aşağı insanların evlənmələri məsləhət deyil. Çünki bu yaşa qədər olan insanların bir çoxunda məsuliyyət hissi tam mənasında formalaşmır. Bir insan məsuliyyət hissini özündə tam olaraq dərk etmirsə, bu, istənilən halda onun ailəsinə təsir edir.

Bu gün boşanmaların sayına təsir edən digər amil xəyanətdir. Əslində ailədə xəyanətin yaşanmasına erkən nikah amili təsir edir. Belə ki, erkən nikaha daxil olan şəxs sevmir, sevgini anlamır və kor-koranə ailə qurur. Sonrakı illərdə birini sevir və sevgisinin ardınca gedərək ailəsini dağıdır. Sosial motivli verilişlərə baxdıqda xəyanət edən, boşanan insanların əksəriyyəti ya "uşaq idim, evləndim, bilmirdim" deyir, ya da "ailəm məcbur evləndirdi" deyir. Göründüyü kimi, erkən nikahın fəsadları bu və digər formada mütləq özünü büruzə verir".

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az