Filadelfiya hava limanında zabit Riçard Mendezin ölümcül güllələnməsi ilə bağlı həbslər edilib

Filadelfiya hava limanında zabit Riçard Mendezin ölümcül güllələnməsi ilə bağlı həbslər edilib

Ötən həftə Filadelfiya Beynəlxalq Hava Limanında, dayanacaqda bir polis əməkdaşının ölümü və birinin yaralanması ilə nəticələnən atışma ilə bağlı həbslər edilib, bu barədə Filadelfiya polisi bildirib.

Atışma ötən cümə axşamı axşam saat 23 radələrində hava limanının qarajında ​​baş verib.

Polis əməkdaşları Riçard Mendez və Raul Ortiz hava limanının qarajında ​​bir qrup avtomobil oğrusu ilə qarşılaşdıqdan sonra güllələniblər .

Polisin bildirdiyinə görə, Mendez bədəninin yuxarı hissəsindən bir neçə güllə yarası alıb və daha sonra "Penn Presviterian tibb mərkəzində ölüb.

Ortiz qolundan güllə yarası alıb və şənbə günü səhər xəstəxanadan buraxılıb.

Müstəntiqlər həftə sonu Kensinqtonda oğurlanmış "Black Dodge Charger" maşınını tapıblar. Onlar avtomobilin atışma ilə bağlı olduğunu təsdiqləyiblər.

Cinayətkarların həbsi üçün mükafat həftə sonu 237,400 dollara qədər artırıldı.

Hələki həbs edilənlərin adı açıqlanmır.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az