Məktəbdən qayıdan 13 yaşlı qıza qarşı zorakılıq

Məktəbdən qayıdan 13 yaşlı qıza qarşı zorakılıq

Sosial şəbəkələrdə Salyan rayonunda kəndlərin birində 42 yaşlı N.N tərəfindən azyaşlının qısnamaya məruz qalması və polisin etinasızlığı ilə bağlı iddialar yayılıb.

Mediainfo.az xəbər verir ki, iddialarla əlaqəli Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan polis kapitanı Nizam Həmidov bildirib ki, rayon sakini Ə.Q oktyabrın 30-da Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək 13 yaşlı qızının məktəbdən qayıdan zaman naməlum şəxs tərəfindən qarşısının kəsilməsi və narahat edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar Salyan rayon polis şöbəsində araşdırma aparılıb.

Keçirilən tədbirlər nəticəsində yeniyetməni narahat edənin rayonun Kərimbəyli kənd sakini, ruhu əsəb xəstəsi olan Mahir Həsənov olması müəyyən edilib.

Sonradan azyaşlının valideyni həmin şəxsi tanıdığından və əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiyindən şikayət və tələbinin olmadığını bildirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az