Xerson uğrunda döyüş bitməyib: ruslar tələ qurublar?.. - ISW

Xerson uğrunda döyüş bitməyib: ruslar tələ qurublar?.. - ISW

Hazırda Xerson istiqamətində Rusiya qoşunları üçün prioritet Ukraynanın əks-hücumunu tamamilə dayandırmaq cəhdləri deyil, öz qüvvələrini Dnepr vasitəsilə mütəşəkkil şəkildə çıxarmaq və Ukrayna Silahlı Qüvvələrini gecikdirməkdir.

Mediainfo.az xəbər verir ki, bu qənaətə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri gəlib.

ISW-nin son hesabatına görə, avqust ayından Ukraynanın Xerson istiqamətində həyata keçirdiyi əks-hücum Rusiya qoşunlarını quru hücumlarına ehtiyac olmadan Dneprdən geri çəkilməyə məcbur etmək məqsədi daşıyan əlaqələndirilmiş müdaxilə kampaniyasıdır və bu, uğurlu olub.

Əvvəlki aylarda Ukrayna qüvvələri Rusiyanın qərb sahilindəki mövqelərinin saxlanmasını genişmiqyaslı əməliyyatlarsız qeyri-mümkün etmək üçün bütün Xerson vilayətində məqsədyönlü və yaxşı icra edilmiş zərbələr kampaniyası aparır.

Rusiya mənbələri qeyd edir ki, qoşunların çıxarılması Ukraynanın məqsədyönlü və sistematik zərbələrinin təbii nəticəsidir ki, bu da rus qrupunun əsas təchizat arteriyaları bahasına başa gəlir, onların ümumi gücünü və imkanlarını tədricən azaldır.

Təhlilçilərin fikrincə, Rusiyanın geri çəkilməsi çətin ki, Ukrayna qüvvələrini Xerson yaxınlığında döyüşlərə cəlb etmək üçün hazırlanmış əlverişsiz tələ olsun.

“Rusiya komandanlığı, şübhəsiz ki, nizam-intizamlı geri çəkilməni təmin etmək üçün Ukrayna qoşunlarının irəliləyişini ləngitməyə çalışacaq və bəzi qüvvələr Ukrayna qoşunlarının Xersonun özündə gecikdirmək üçün qala bilər, lakin bu döyüşlər yalnız bir çox rus bölməsini geri çəkmək üçün bir vasitə olacaq”,- ISW analitikləri vurğulayırlar.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az