Fəxrəddin Manafov: "Həyat yoldaşım dünyasını dəyişəndə dedim ki..."

Fəxrəddin Manafov: "Həyat yoldaşım dünyasını dəyişəndə dedim ki..."

“Əxlaq norması nədir? Əxlaq sənin özündən və həyata münasibətindən asıldır. Əxlaq təhsil və mədəniyyətdən asılı deyil. Əxlaq insanda ya var, ya da yoxdur” .

Mediainfo.az xəbər verir ki, bu sözləri xalq artisti Fəxrəddin Manafov AzTV-də yayımlanan “Ağ & qara" verilişində deyib.

“Həqiqət nədir?” sualına o: “Mənim üçün ən vacibi düşüncədir. Mən qəlbə inanıram, bu, sufilik deyil. Amma sufiliyi də sevirəm. Hər şey qəlbdən ağıla gedir”,-deyə cavab verib.

“Həyatda necə yaşamısınız?” sualına isə aktyor belə cavab verib: “Mən heç vaxt nəyəsə nail olmaq üçün qarşıma məqsəd qoymamışam. Sadəcə qarşıma çıxan sevdiyim, istədiyim işlə məşğul olmuşam.Gözəl futbol oynayırdım, deyirdilər ki, sənin gələcəyin var. Bir gün gözümü açdım və həyatımda nəsə dəyişdi. Mən seçimimi etdim”.

Xalq artisti vəfat edən həyat yoldaşı Vahidə Sadıqovadan da danışıb: “Rəsmi olaraq 44 il bir yerdə yaşadığım, məni qabaqlayıb dünyasını dəyişən qadın, mənə qadın nədir olduğunu öyrətdi. Deyirlər ki, qadın kişidən ağıllı olmamalıdır. Əksinə, Vahidə çox güclü şəxsiyyət idi və çox ağıllı, zəkalı idi. Çox mütaliə etmişdi. Çox maraqlı insan idi. Vahidə dünyasını dəyişəndə mən bir söz dedim, özüm də təəccübləndim: “Mən səninlə sona qədər tanış ola bilmədim”. Qadın bir gücdür. Onu oxumaq, onu qaldırmaq, onu anlamaq mümkün deyil. Heç cürə... Qadın mənim əxlaqımdır, yerişimdir, danışığımdır".

Qeyd edək ki, Vahidə Sadıqova 2019-cu ildə xərçəng xəstəliyindən dünyasını dəyyişib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az