“Ağlıma gəlməzdi ki, nə vaxtsa boşanaram“ - Renka

“Ağlıma gəlməzdi ki, nə vaxtsa boşanaram“ - Renka

Bəzən gənc ailələrin dağılmasında şou-biznes əhli günahkar sayılır. Hətta bu sayaq rəyləri ucadan deyənlər də var. Boşanmalarda daha çox qadınların pul və şöhrət hərisliyi qabardılır.

Görəsən, şou-əhli bu barədə nə düşünür? Onlar özünü günahkar, evyıxan sayırmı?

Mediainfo.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan oriyental rəqqasə Rəna Ağamuradova (Renka) bu məsələdə özlərini günahkar hesab etməyib:

“Boşanmaların şou-biznesə heç bir aidiyyatı yoxdur. Kimsə boşanırsa, deməli, günahkar bizik? Burda günahkar şou-biznes nümayəndələri deyil, sosial şəbəkələrdir. Bu gün hamının əlində bir telefon var, hamı “Lnstagram”dadır. Baxırlar, hansısa bloger gözəl həyat yaşayır, amma özü yaşaya bilmir.

Şou-biznes nümayəndələri əvvəllər nəyisə reklam edirdilər, indi heç o da yoxdur, sakitcə oturub işini görür. Blogerlər daha çox ortadadır, nələrisə nümayiş etdirirlər.

Yalnız dünyagörüşü zəif olan insanlar deyə bilər ki, insanlar şou-biznes nümayəndələrinə görə boşanırlar. Xeyr! Əgər hansısa kişi ailəsini saxlaya bilmirsə, yaxud qadın xoşbəxt ola bilmirsə, bizim nə günahımız var?! Bunlar boş söhbətlərdir”.

Rəqqasə qeyd edib ki, hər kəs başqalarına fikir vermədən öz ailəsi ilə məşğul olarsa, boşanmalar azalar:

“İnsanlar bir az dünyagörüşlərini artırsalar, problemlərini başqalarının üstünə atmasalar, çox gözəl olardı. Hərə öz həyatını yaşasa, öz ailəsi ilə məşğul olsa, nə boşanmalar, nə də davalar olar. Boşanmaların artmasında bizi günahlandırmaq çox gülüncdür. Bu təxribatdır.

Bizim blogerlər ailəyə daha çox bağlıdırlar. Ailələri ilə görüntülərini, gəzintidən çəkilmiş anlarını izləyiciləri ilə bölüşürlər, mehribanlığını göstərirlər.

Amma xarici blogerləri də nəzərə alaq. Bu gün “Instagram”da onlar daha çox məşhurdur, şou-biznesdəkilər yetim kimi qalıblar kənarda”.

Renka yeni ailə quran gənclərin hər anlarını sosial şəbəkələrdə bölüşməsinin əleyhinə olduğunu qeyd edib:

“Problem ondadır ki, yeni ailə qurmuş cütlüklər davamlı olaraq “Instagram”dadır. Hər şeyi orada bölüşmək, hər anlarını kiməsə göstərmək istəyirlər. Axı niyə?! Bəzi şeyləri qapalı saxlayıb, hər şeyi sosiallaşdırmaq düzgün deyil. Vallahi-billahi, bu gün nə isə paylaşırsan, sabah görürsən başına nə isə iş gəlir. O qədər pis göz, nəfs var ki, baxıb deyirlər, bəxtəvər, bütün günü ordadır-burdadır, gəzir, işləyir. Amma başa düşmürlər ki, hamı sosial şəbəkədə yaxşı gününü paylaşır. “Instagram”ı, “TikTok”u bu gün çox özəlləşdiriblər, göyə qaldırıblar. Bu adi platformadır, ora bağlanandan sonra hamımız sadə insanların, gündəlik həyatımıza dava edirik. Oturub “Sən məni “follow”ından sildin”, “Sən mənə “like” qoymadın” davası edirlər. Biz ailə quranda belə şeylər yox idi. İndi niyə filan qızı sosial şəbəkədə bəyəndin, niyə filankəslə orada yazışdın deyə, dalaşıb ayrılırlar. Yəni boş şeylərə görə.

Biz belə şeylərə görə dava etməmişik. Bizdə qlobal davalar olub və bunlara görə ayrıla bilərdik. Bu həyatdır. Məsələn, mənim heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa boşanaram. Sadəcə 8 illik ailə həyatından sonra həm aramızda soyuqluq yaranmış, həm digər şeylər olmuşdu. Amma mən “hansısa qız sənə yazdı” deyib, yaxud hansısa qıza görə ailəmi dağıtmamışam. Uşaqlıq edib boşanmışdım, hətta ondan sonra da peşman olmuşdum”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az