"Çox istəyirdim onu, onun kimisi heç vaxt olmayacaq, elə bir qız yox idi ki, ona vurulmasın"

"Çox istəyirdim onu, onun kimisi heç vaxt olmayacaq, elə bir qız yox idi ki, ona vurulmasın"

“Özümü maksimum 45 yaşında hiss edirəm, dünyadan köçüb gedəndən sonra heç kim...”

“Yaşa dolduqca hiss edirsən ki, sənin zamanın azalıb. Zaman səni sanki qovur. Amma arzular, görmək istədiyin işlər, filmlərdə çəkilmək istəyi tükənmir. Hər zaman deyirəm ki, rol ürəyimcə olsa qonorarı düşünmərəm. Çünki bu fani dünyadan köçüb gedəndən sonra heç kim deməyəcək ki, nə qədər qonorar almışam. Onu düşünmək lazımdır ki, sən özündən sonra nə qoyub getmisən?”

Mediainfo.az xəbər verir ki, bunu əməkdar artist, florist-rəssam Suğra BağırzadəModerator.az-a açıqlamasında deyib.

O daha sonra plastik əməliyyatlardan danışıb.

“Özümü o qədər də yaşlı hiss etmirəm. Neçə yaşımda özümü hiss edirəm sualını versəydiniz maksimum 45 deyərdim. Mənim üçün gözəllik ilk növbədə tərbiyyədir. Bəzən mənə deyirlər ki, siz plastik əməliyyat etdirmək istəyirsiz? Deyirəm ki, yox! Plastik əməliyyatı neynirəm?! Mənə 45 yaşından çox yaş vermirlər. Bu da mənim filmlərdə çəkilməyimə mane olur. Təkcə gözlərimi etdirmişəm. Hamı yaşa dolanda göz qapaqları aşağı düşür. Ona görə ki, mənim də işim elədir ki, həmişə bu əsərlərlə məşğul olanda başıaşağı oluram. Bu bir az mənə maneçilik törədir” deyə sənətkar bildirib.

Aktrisa gözəllik sirlərindən də danışıb.

“Səhərlər idmanla məşğul oluram, çalışıram ki, gündə 5 kilometr ayaqla gəzim. Bizim evimizin yanında park var, ona görə də gəzmək mənim üçün problemə çevrilmir. Düzgün yemək rejimim var. Özüm-özümə, qidalanmağıma ciddi yanaşıram. Axşam saat 7-dən sonra yemək yemirəm. Amma qonaq gedəndə çalışıram ki, ev yiyəsinə problem yaratmayım deyə boşqabıma nəsə qoyum” deyə aktrisa bildirib.

Aktrisa-florist həmkarı Fuad Poladovu da xatırlayıb.

“O mənim həm dostum, həm tərəf müqabilim idi. Uşaqlıq illərindən bir yerdə dublyaj edirdik. Çox istəyirdim onu. Onun kimisi heç vaxt olmayacaq. Onun daxili ilə xarici, istedadı bir vəhdət daşıyırdı. İnsan var ki, xarici gözəldir, amma daxili yox. Bu insanda mənfi heç bir xüsusiyyət yox idi. Bir qız tanımırdım ki, ona, insanlığına vurulmasın” deyə aktrisa bildirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az