"Ələkbərin vəziyyəti pisdir, xəstəxanaya yerləşdirilib" - Meyxanaçının anası

"Ələkbərin vəziyyəti pisdir, xəstəxanaya yerləşdirilib" - Meyxanaçının anası

Xəbər verdiyimiz kimi, Rəşad Dağlının bıçaqlayaraq qətlə yetirdiyi İskəndər Mehdiyev meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur.

Mediainfo.az xəbər verir ki, hazırda Almaniyada olan Ələkbərin anası Baku TV-yə müsahibə verib. O bildirib ki, Rəşadla Ələkbər yaxın dost olublar:

"Mən bunu Rəşaddan heç vaxt gözləməzdim. Düşmənin də balasını elə vəziyyətə salmazlar. Bizə çox pis təsir etdi. Rəşadın atası İskəndərə narkotacir deyib, bu sözlər ona heç yaraşmadı. Ürəyimiz yaralıdır. Belə şeylər danışmaq olmaz".

Meyxanaçının anası bildirib ki, məsələdən xəbər tutan Ələkbərin vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib:

"Ona kimsə çatdırıb bu xəbərləri. Çox pis vəziyyətdədir. Almaniyada xəstəxanaya aparıblar. Pisdir, heç oğlumla danışa bilmirəm".

Qeyd edək ki, Ələkbər Yasamallı Almaniyadadır. Meyxanaçı orada yaşamaq üçün icazə almaq istəyir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az