“Rusiya və Ermənistan yeni təxribata hazırlaşır” - Azərbaycan bu addımı ata bilər

“Rusiya və Ermənistan yeni təxribata hazırlaşır” - Azərbaycan bu addımı ata bilər

“Rusiya sülhməramlıları erməni separatçılarını yeni təxribatlara hazırlaşdırır”.

Mediainfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla aparılan danışıqlara baxmayaraq dövlət sərhədi istiqamətində atəşkəsi pozmaqda davam edir:

“Növbəti belə təxribat xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra baş verdi. Eyni zamanda, Xocavənddəki erməni qanunsuz birləşmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Bir sözlə, Rusiya Vaşinqton prosesinə Qarabağda hərbi təxribatla təpki göstərir.

Rusiya sülhməramlıları bir müddətdir ki, Laçın dəhlizi vasitəsilə erməni silahlı birləşmələrini silah-sursatla təchiz edir. Ruslar erməniləri növbəti təxribata sövq edərək, real sülh prosesini pozmağa çalışırlar.

Rusiya ilə yanaşı, Ermənistan da sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Bunu Ermənistan müdafiə naziri Suren Papikyan açıqlamasında da görmək olar. O, növbəti müharibəyə hazırlaşdıqlarına eyham vurdu. Xarici işlər nazirlərinin Vaşinqton görüşündə müsbət nəticə əldə edilmədi. Ermənistan hakimiyyəti 30 il apardığı imitasiya danışıqlarını yenə davam etdirir”.

Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan rəhbərliyi müharibədən iki il keçməsinə baxmayaraq, sülh müqaviləsindən yayınır:

“Məğlub Ermənistan Azərbayacanla növbəti hərbi toqquşmada maraqlı görünür. Bu çərçivədə Rusiya hərbiçilərinin müvəqqəti nəzarət etdiyi ərazilərdəki silahlı erməni birləşmələrinin təxribatçı fəaliyyətlərinin artacağı da istisna deyil. Təbii ki, bütün bu təxribatlar həm diplomatik masada, həm də hərbi meydanda məğlub durumda olan Ermənistana heç nə verməyəcək. Əksinə, bu davamlı təxribatlar ona baha başa gələcək. Eyni zamanda, Azərbaycan bu təxribataların qarşısını almaq üçün Laçın yolunda post qurmalı və ərazilərimizə qanunsuz hərbi daşınmaların qarşısını almalıdır.

Prezident İlham Əliyev də bununla bağlı Ermənistan və Rusiyaya açıq mesaj verdi. İki il yarımdan sonra Rusiya hərbçilərinin Qarabağdan çıxarılması tələb ediləcək”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az