Zelenski Rusiyanı G20-dən çıxarmağı tələb edib

Zelenski Rusiyanı G20-dən çıxarmağı tələb edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının taxıl sazişində iştirakını dayandırdığı üçün “Böyük İyirmilik”dən (G20) çıxarılacağına ümid etdiyini bildirib.

Mediainfo.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yerləşdirdiyi videomüraciətdə deyib.

Dövlət başçısının sözlərinə görə, indi sərt beynəlxalq reaksiya lazımdır: həm BMT səviyyəsində, həm də digər səviyyələrdə, o cümlədən G20 səviyyəsində.

“Rusiya G20-də digər ölkələr arasında necə ola bilər? Bu, nonsensdir, Rusiyanın G20-də yeri yoxdur”, - Ukrayna lideri bildirib.

Qeyd edək ki, Rusiya Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, taxıl sazişinin icrası qeyri-müəyyən müddətə dayandırılır. Rusiya taxıl sövdələşməsində iştirakını dayandırdıqdan sonra Türkiyənin İstanbul şəhərindəki Birgə Koordinasiya Mərkəzində - Xarici İşlər Nazirliyindəki nümayəndələrinə tapşırıqlar verib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az