Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanısa, ruslar ordan çıxacaq

Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanısa, ruslar ordan çıxacaq

“Paşinyan sülh müqaviləsi ilə bağlı Rusiyanın təklifinə razı olduğunu deyərkən, səmimi deyildi”.

Mediainfo.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Ambaryan Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında keçirilmiş görüşdən danışarkən deyib.

“O ki qaldı Paşinyanın Qarabağ məsələsi ilə bağlı Rusiyanın yanaşmasının İrəvan üçün məqbul olması ilə bağlı açıqlamasına, əslində o şəxsin dediklərinə inanmıram. Çünki bunu Putin “Valday” Forumunda “Vaşinqton” sənədi ilə bağlı açıqlama verdikdən sonra dilə gətirdi. Ermənistan hakimiyyəti Qərbə razılıq verib. Paşinyan sadəcə Qərbin təşviqi ilə geri addım ataraq, Rusiyanın təkliflərini qəbul etməyə hazır olduğunu bəyan etdi”, - Ambaryan bildirib.

Politoloqun fikrincə, Paşinyan görüşdən əvvəl Tvitterdəki paylaşımı ilə Rusiyanın bostanına daş ataraq, onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini açıq şəkildə nümayiş etdirib:

“Hər halda Soçi görüşündən sonra sürətli addımların olacağını düşünmürəm, çünki Qərbin Cənubi Qafqazı ruslardan təmizləmək üçün öz planı var. Əgər ruslar A planı ilə hərəkət edirlərsə, Qərb də öz planı üzrə hərəkətə keçəcək. Ruslardan fərqli olaraq Qərbin çoxlu - B, C, D planları var. Bir çox hallarda Paşinyanın bu tələskənliyi həmin kontekstdə nəzərə alınmalıdır”.

Ambaryan qeyd edib ki, Paşinyan nə Rusiya, nə də Qərbə qulaq asır, Azərbaycanla anlaşmağa tələsir.

Ekspertin fikrincə, Paşinyan Bakı ilə sülh müqaviləsinin “Vaşinqton” variantı ilə razılaşmağa çalışır:

“Ermənistan həmin sənədlə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacaq. Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanısa, ruslar ordan çıxacaq”

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az