Mayk Pompeo Cənubi Kipr Respublikasına səfər edəcək

Mayk Pompeo  Cənubi Kipr Respublikasına səfər edəcək

ABŞ Dövlət katibi Mayk Pompeo Şərqi Aralıq dənizi bölgəsindəki vəziyyəti müzakirə etmək üçün Cənubi Kipr Respublikasına səfər edəcək.

Mediainfo.az xəbər verir ki, amerikalı xarici siyasət idarəsinin rəhbəri yunan Kiprinə əfqanlararası sülh danışıqlarının müzakirəsi üçün iştirak etdiyi Qətərdən uçacaq.

Larnaka beynəlxalq hava limanına gəldikdən sonra Pompeo Kiprin paytaxtı Nikosiyaya yola düşəcək. Orada onu prezident sarayında Kipr Respublikasının başçısı Nikos Anastasiadis və həmkarı, Kipr Respublikasının xarici işlər naziri Nikos Xristodulidis qəbul edəcək.

Qətərin paytaxtı Dohaya gedərkən Pompeo təyyarədə jurnalistlərə Şərqi Aralıq dənizindəki münaqişənin sülh yolu ilə və diplomatik yolla həll edilməli olduğunu bildirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az