Azərbaycan tərəfi antiterror əməliyyatlarına hazırlaşır

Azərbaycan tərəfi antiterror əməliyyatlarına hazırlaşır

Erməni separatçılarının Laçın keçidindən istifadə edərək getmək istəyən Rusiya sülhməramlılarını atəşə tutması böyük səs-küy yaradıb. Baş vermiş insidentlə əlaqədar bir neçə separatçı tutulsa da, hadisənin əsl səbəbləri gizlədilir. Sanki ermənilər sülhməramlı missiyanın Qarabağdan getməsinin qarşısını almaq üçün bu təxribata yol verib. Əslində isə bu hadisə bir neçə məsələni gündəmə gətirir. Separatçıların maraqlarını daha çox qoruyan sülhməramlılara qarşı belə bir addımın atılması Azərbaycanı dərhal adekvat tədbirlər görməyə vadar edir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, mövzu ilə bağlı politoloq Qabil Hüseynli Konkret az-a açıqlamasında bildirib ki, ermənilər hər yerdə qudurğan hərəkətlərə yol verir: “Tutaq ki, Rusiya öz qüvvələrini bir nöqtədən digərinə dislokasiya etmək istəyir. Bunun heç kimə dəxli olmamalıdır. Ermənilər bu cür təxribata əl atmaqla guya sülhməramlıların oradan getməsinə mane ola biləcəklər?. Bütün bunlar boş söhbətlərdir. Açığı baş verən hadisənin əsl səbəbini anlamaq çətindir. Görünür daha köklü səbəblər var”.

Hər şey qaydasındadır, yaxşıyam" -

Politoloq əlavə edib ki, separatçı ermənilər rusların qayğısını daha çox hiss edir: “Azərbaycanla münasibətlərdə isə ciddi yaxşılaşma yoxdur. Amma baş verən hadisə onu göstərir ki, erməni separatçıları bolgədə silah işlətməkdən çəkinmirlər. Bu, ciddi bir hadisədir. Yəqin ki, bir müddətdən sonra ermənilərin qudurğan hərəkətinin səbəbi aydın olacaq. Ancaq baş verən hadisə rusiya sülhməramlıları ilə ermənilərin bundan sonrakı münasibətini daha da gərginləşdirəcək”.

Qabil Hüseynlinin sözlərinə görə, hadisə ilə bağlı 4 nəfər separatçı erməninin həbs olunması prosesin başlanğıcıdır: “İstintaq davam edir və yeni adamlar həbs oluna bilər. Azərbaycan isə onsuzda öz işini bilir. Antiterror əməliyyatına hazırlıq prosesi gedir. Rəsmi Bakı anlayır ki, həmin separatçı ermənilər günün birində aranı qatacaq və sülh prosesinə əngəl yaradacaq. Ona görə də, Azərbaycan tərəfi antiterror əməliyyatlarına hazırlaşır. Bu səbəbdən də Xankəndi və Əsgəran ətrafı dağ-döyüş komandaları, xüsusi təyinatlı və digər ordu qüvvələri ilə mühasirəyə alınıb. Görünür Azərbaycan haçansa bu hərəkətləri hərbi əməliyyatlara çevirəcək”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.07.01

2022.06.30

2022.06.29

2022.06.28

2022.06.27

2022.06.26

2022.06.25

2022.06.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az