Türkiyə PKK-ya iki ölkədə ağır zərbələr endirdi

Türkiyə PKK-ya iki ölkədə ağır zərbələr endirdi

Türkiyə hərbçiləri Suriyada "Zeytun budağı" əməliyyatı bölgəsində PKK/YPG qruplaşmasına qarşı əməliyyat keçirib.

Mediainfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı bölgədə müxtəlif terror aktları həyata keçirməyə cəhd edən 2 PKK/YPG üzvü zərərsizləşdirilib.

***

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalındakı Avaşin bölgəsində də PKK-ya qarşı əməliyyat keçirildiyini açıqlayıb.

Nazirlik bildirib ki, PKK hədəflərinə aviazərbələr endirilməsi nəticəsində 3 terrorçu ölüb.

Bölgədə əməliyyatların davam edəcəyi qeyd edilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az