Gün ərzində 150-400 qram meyvə qəbul etmək məsləhətdir

Gün ərzində 150-400 qram meyvə qəbul etmək məsləhətdir

Mövsümi meyvələr orqanizm üçün çox faydalıdır. Məsələn, alça qida lifləri ilə zəngindir, tərkibində A, C və K vitaminləri var. Maqnezium və kaliumla zəngin olan üzüm isə B1 və B2 vitaminləri deposudur. Həmin meyvələrin tərkibindəki mikroelementlər orqanizmin tələbatının xeyli hissəsini ödəyir.

Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlı bildirib ki, almanın tərkibində ən çox üstünlük təşkil edən dəmir elementidir. Onun dediyinə görə, sitrus meyvələrinin tərkibi isə C vitamini zəngin olduğuna görə yazda onların yeyilməsi məsləhətdir. Yaz mövsümü qrip mövsümü sayılır, C vitamini isə qripə qarşı immuniteti gücləndirir.

Mövsümü meyvələr bir sıra xəstəliklərin yaranmasının qarşısını alır. Məsələn, çiyələk qan azlığı, oynaq ağrılarını aradan qaldırılması, alça qan dövranının yaxşılaşması, gilas diabetik riskin aşağı salınması üçün istifadə oluna bilər.

Həkim-diyetoloq deyib: “Tərkibindəki qida lifləri günlük qida maddələrinə olan 30 milliqramlıq ehtiyacı ödəyir. C vitamini orqanizmdə depolanmır və giləmeyvələrlə qidalananda orqanizmin həmin vitaminə olan tələbatı ödənilir. Məsələn, alça turş giləmeyvə olsa da, turşuluğu çoxaltmır və ödqovucu təsir göstərir, qan dövranını yaxşılaşdırır”.

Mütəxəssislər gün ərzində 150-400 qram meyvə qəbulunu tövsiyə edirlər. Həddən artıq meyvə yemək mədə turşuluğunu artıra və bəzi problemlərə səbəb ola bilər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.08.05

2020.08.04

Avropadan ABŞ-a zərbə Avropadan ABŞ-a zərbə 4 Avqust 16:35
Sabaha olan hava proqnozu Sabaha olan hava proqnozu 4 Avqust 15:46

2020.08.03

2020.08.02

2020.08.01

2020.07.31

2020.07.30

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az