Dövlət işinə qəbul zamanı dövlət dilindən imtahan götürüləcək...

Dövlət işinə qəbul zamanı dövlət dilindən imtahan götürüləcək...

Azərbaycanda dövlət müəssisələrinə işə qəbul zamanı azərbaycanlılardan və entik qruplardan dövlət dilindən lazımi səviyyədə imtahanın götürülməsi və inşanın yazılması təklif edilir.

Trend xəbər verir ki, bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli çıxış edib.

Ana dilimizin saflığının qorunması üçün təkliflərini açıqlayan T.Kərimli deyib ki, küçə reklamlarında, elan, afişalarda və s. dil pozuntularının aradan qaldırılması üçün Dilçilik İnstitutunun monitorinq şöbəsinin verdiyi məlumatlar əsasında cərimələrin tətbiq edilməsi mexanizmi hazırlansın və bu məqsədlə yuxarı instansiyalara müraciət edilsin.

Bundan başqa, Azərbaycan dilinin orfoepiya lüğəti təkmilləşdirilərək böyük tirajla çap edilsin və geniş kütlələr arasında yayılsın. Bununla yanaşı orta ümumtəhsil və ali məktəblərdə ritorika fənninin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi ilə məsləhətləşmələrin aparılması təklif edilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az