Komitə sədri: “Azərbaycan əhalisinin 96 faizi müsəlmandır”

Komitə sədri: “Azərbaycan əhalisinin 96 faizi müsəlmandır”

"Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə qeyri-müsəlmanlar təşkil edir. Ölkədə 2200-dək məscid, 7 sinaqoq, 14 kilsə - həm katolik, həm də pravoslav kilsələrinin icmaları fəaliyyəti göstərir. Azərbaycanın dövlət büdcəsindən hər il müxtəlif dini icmalara yardım ayrılır. Bütün bunlar dayanıqlı inkişafın göstəriciləridir".

Apa-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı çərçivəsində keçirilən plenar iclasda deyib.
M. Qurbanlı qeyd edib ki, dayanıqlı inkişafı ləngidən amillərdən biri də sürətlə silahlanmadır: "Dünyada hər il 1 trilyon 600 milyard dollar silahlanmaya sərf olunur. Bu vəsaitin 1 trilyonu yalnız NATOölkələrinin payına düşür. Dünyada 160-ya yaxın münaqişə ocağı mövcuddur. Bu gün heç kim terrordan sığortalanmayıb".

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az