Sədr: “QMİ tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur”

Sədr: “QMİ tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur”

"Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur. Buna görə o, qanun qarşısında cavab verəcək".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib."Komitəyə səlahiyyət verilib ki, hər hansı şəxs QMİ təyinatı olmadan yerlərdə dini ayin icra edirsə, komitənin müvafiq nümayəndəsi onun fəaliyyəti ilə bağlı protokol tərtib edir və məhkəməyə müraciət olunur. Həmin şəxs cərimələnir. Bəzən mətbuatın araşdırması nəticəsində hansısa dini məsələ ilə bağlı məlum olur ki, onu icra edən şəxs qeyri qanuni-fəaliyyət göstərir. Təbii ki, bu, cəzasını almalıdır", - deyə o vurğulayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az