Nazirlik: Malyariyanın yayıldığı ölkələrə gedib-gələn şəxslərə nəzarət olunacaq

Nazirlik: Malyariyanın yayıldığı ölkələrə gedib-gələn şəxslərə nəzarət olunacaq

"Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı"nın icrasını təmin etmək, eləcə də ölkənin investisiya cəlbediciliyinin gücləndirilməsi üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində səhiyyə sahəsində zəruri tədbirlərin davam etdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin əmri ilə Fəaliyyət Planı təsdiq edilib.

Nazirliyin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, Səhiyyə Nazirliyinin Fəaliyyət Planına Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılmasına dair təkliflərin, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olunması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ətraf mühitə mənfi təsirin neytrallaşdırılması məqsədilə təkliflərin, istehsal və xidmət müəssisələrinin ISO 14001 üzrə sertifikatlaşdırılmasının stimullaşdırılması məqsədilə təkliflərin hazırlanması daxildir.

Fəaliyyət Planına gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilməsi tələb olunmayan sənədlərə dair təkliflərin hazırlanması və müvafiq qaydada icra edilməsi, gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan sənədlərin həqiqiliyinin gömrük orqanları tərəfindən yoxlanılması məqsədilə həmin sənədləri vermək səlahiyyəti olan qurumların elektron baza serverlərinə müvafiq qaydada giriş hüququnun təsbit edilməsi kimi bir sıra məsələlər də daxil edilib.

Sənəddə həmçinin səhiyyə sahəsində görüləcək işlər barədə tədbirlər müəyyənləşdirilib. Belə ki, malyariyaya görə endemik olan ölkələrə gedib gələn şəxslər və eləcə də belə ölkələrdən gələn xarici vətəndaşlar üzərində nəzarətin təmin edilməsi, vərəm xəstəliyinin profilaktikası, müalicəsi və kadrların hazırlanması, QİÇS-ə yoluxmuş xəstələrin antiretrovirus terapiyasına cəlb edilməsi və digər aktual məsələlər əks olunub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az