İqtisadiyyat naziri Xırdalanda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Xırdalanda vətəndaşları qəbul edib

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Xırdalan şəhərində Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehsal və emal müəssisələrinin, istixanaların yaradılmasına dəstək göstərilməsi, bəzi məhsullara ixrac təşviqinin şamil edilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

Qurumun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, quşçuluq, bağçılıq, tütünçülük, intensiv tingçilik, polietilen məhsulların istehsalı, tullantı yağlarının təkrar emalı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən sistemli islahatlardan, istehsalın, investisiyaların və ixracın genişləndirilməsinə dövlət dəstəyi mexanizmlərindən razılıqlarını ifadə ediblər.

Qəbul günü digər rayonlardan gələn vətəndaşlar da nazir tərəfindən qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun şəkildə müvafiq tədbirlər görülüb.

Ümumilikdə, Xırdalanda keçirilmiş qəbulda 40-a yaxın vətəndaş müraciət edib.

Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.10

2020.07.09

AB-dən İsrailə mesaj AB-dən İsrailə mesaj 9 İyul 10:31

2020.07.08

ABŞ-da atışma olub ABŞ-da atışma olub 8 İyul 17:00
Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az