Fitoterapiya səmərəli müalicə üsullarından biridir

Fitoterapiya səmərəli müalicə üsullarından biridir

Fitoterapiya müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən səmərəli üsullardandır. O, elmi əsaslarla tətbiq edilən xalq təbabətidir və bitkilərin ölçü miqdarını, hansı növlərin qarışdırılmasının mümkünlüyünü və onların təsirini müəyyənləşdirir.

Həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə Mediainfo.az-a deyib: "Dərman bitkisi fərdi qaydada xəstənin çəkisinə və yaşına uyğun olaraq hesablanır və qəbul edilir. Adətən yarpaqları dəmləmək üçün 15 dəqiqə kifayət edir, oduncaq, qabıq və kök hissələri isə 25-30 dəqiqə qaynar suda dəmlənilir".

Həkimin sözlərinə görə, dərmanlarda olduğu kimi, bitkilərdə də ölçü, yan və əlavə təsirlər mövcuddur. Ona görə də həmin məqamlara diqqət yetirilməli və xəstəliyə uyğun bitkilər seçilməli, onlardan düzgün istifadə edilməlidir. Əsasən mədə xorası, qastrit, öd daşı problemləri, iltihabi prosesləri, həmçinin yüksək xolesterin, hipertoniya və bu kimi digər xəstəliklərin müalicəsi üçün müxtəlif bitki çaylarından istifadə olunur. Qapalı, havasız yerdə saxlanılan çayların qəbulu məqsədəuyğun deyil. Onların uzunmüddətli içilməsi əks təsirlərlə üzləşmək təhlükəsi yaradır. Xəstəliyin müalicəsi zamanı bitkilərin növünə görə dəmləməsi, yağı və siropundan istifadə etmək mümkündür.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az