Soyuqdan qorunmağın bir neçə üsulu

Soyuqdan qorunmağın bir neçə üsulu

Soyuq havada bədəni isidən və infeksiyalardan qoruyan bir neçə üsul var.

Mediainfo.az xəbər verir ki, paytaxtdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova həmin sadə üsullar barədə deyib: "Viruslara yoluxmamaq üçün ilk növbədə maska taxmaq, gigiyenik qaydalara əməl etmək və çoxlu maye qəbul olunmalıdır. Şaxtalı havada zəncəfilli çay içilməsi, qreypfrut, portağal kimi meyvələrin yeyilməsi immun sistemini möhkəmlədir.

Soyuq mövsümdə başlıca vəzifə maksimum xəstələnməməkdir. C vitamini və antioksidantlarla zəngin olan qidalar bədənin tonusunu qorumağa kömək edir. Bişirilən zaman tərəvəzlərdə bioaktiv maddələr məhv olur. Odur ki, immuniteti gücləndirən ən yaxşı yemək salatlardır. Soyuq mövsümdə ətdən də imtina etmək lazım deyil, çünki onun tərkibində olan zülal yorğunluqla mübarizə aparır. Ona görə də yağsız mal əti və toyuq əti yemək olar".

"Kəskin küləkli havada küçəyə çıxarkən dərhal dərin nəfəs almaq lazım deyil. Soyuq hava axını hətta sağlam insanlarda da bronxların refleksli spazmına səbəb ola bilər. Yalnız burunla nəfəs almaq məsləhətdir, çünki hava burundan keçərkən istiləşməsi üçün vaxt qazanır. İstənilən halda orqanizmdə hər hansı narahatlıq hiss edəndə həkimə üz tutmaq lazımdır",- deyə pediatr-infeksionist əlavə edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az