Ət və ya tərəvəzlərin günəbaxan yağında qızardılması olduqca təhlükəlidir

Ət və ya tərəvəzlərin günəbaxan yağında qızardılması olduqca təhlükəlidir

Rusiyanın tanınmış onkoloq-cərrahı, tibb elmləri namizədi Mixail Myasnyankin qidanın hansı şəraitdə xərçəng xəstəliyinə səbəb olmasından danışıb.

Mütəxəssisin sözlərinə görə, məhsullar mineral gübrələr və ya kanserogen maddələrlə çirkləndikdə bu, xəstəliyin inkişaf riskini artırır.

"Bu, mədə-bağırsaq sisteminə, selikli qişaya zərərli təsir göstərir. Belə bir təsir səbəbi ilə onkoloji şiş ortaya çıxa bilər", - deyə Myasnyankin izah edib.

Həkim əsas problemin qidanın hazırlanması üsulundan ibarət olduğunu bildirib. Xüsusi halda, ət və ya tərəvəzlərin günəbaxan yağında qızardılması olduqca təhlükəlidir.

"Əgər o, bir neçə dəfə istifadə olunursa, onda təbii ki, bütün kanserogen maddələr yığılmağa başlayır", - ekspert vurğulayıb. (Report)

Myasnyankin həmçinin spirtli içkiləri qida rasionundan tamamilə çıxarmağı məsləhət görüb, çünki onların istifadəsi xərçəngin bəzi növlərinin inkişafı riskini artıra bilər.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.12.02

2021.12.01

2021.11.30

2021.11.29

2021.11.28

2021.11.27

2021.11.26

2021.11.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az