Nəzrin Mustafayeva: "Cüzi istisnalar nəzərə alınmasa koronavirusa ikinci yoluxma halı hələlik mümkün deyil"

Nəzrin Mustafayeva: "Cüzi istisnalar nəzərə alınmasa koronavirusa ikinci yoluxma halı hələlik mümkün deyil"

TƏBİB koronavirusa yoluxan insanların yenidən COVİD-ə yoluxmasının mümkün olub-olmaması barədə açıqlama verib.

Oxuməni.az xəbər verir ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva yenisabah.az-a bildirib ki, şəxsin ikinci dəfə koronavirusa yoluxduğunu təsdiqlətmək üçün sübutların olması lazımdır: "Müəyyən etmək lazımdır ki, bu adam həqiqətən daha əvvəl xəstələnib, qanında müəyyən anticisimlər əmələ gəlib, ya yox. Həmin adam ikinci dəfə test verdikdə pozitivlik aşkarlanarsa, onun ilk yoluxma zamanında olan simptomları, qanındakı qoruyuculuq araşdırıldıqdan sonra bunu təkrar yoluxma faktı kimi təsdiq edə bilərik".

Dünyada təkrar yoluxma hallarının mövcud olduğunu deyən N.Mustafayeva qeyd edib ki, dünyada 60 milyondan çox insan koronavirusa yoluxub. Onların arasından bir neçə nəfərin virusa təkrar yoluxması təhlükəli hal deyil:

"Biz hazırda əminliklə deyə bilərik ki, cüzi istisnalar nəzərə alınmasa ikinci yoluxma halı hələlik mümkün deyil. 60 milyon yoluxmanın qarşılığında ikinci dəfə baş verən yoluxma rəqəmi elə olmalıdır ki, biz deyə bilək ki, təkrar yoluxma mümkündür".

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az