İnsanlarda iybilmə hissinin itməsi parkinson xəstəliyinin əlaməti ola bilər

İnsanlarda iybilmə hissinin itməsi parkinson xəstəliyinin əlaməti ola bilər

Alimlər müəyyən ediblər ki, insanlarda iybilmə hissinin itməsi parkinson xəstəliyinin erkən əlamətləri sırasına aiddir.

Oxuməni.az xəbər verir ki, bu barədə "Express" nəşri yazıb. Parkinson Fondundan nəşrə verilən məlumata görə, bu xəstəlikdən əziyyət çəkən pasiyentlər tez-tez bildirirlər ki, titrəmə və başqa yayılmış əlamətlərin inkişafından bir neçə il əvvəl onların qoxuları hiss etməsi qabiliyyəti itib. Lakin iybilmə qabiliyyətinin itməsi heç də bütün pasiyentlərdə müşahidə olunmur. Amma tədqiqatlar göstərir ki, xəstələrin 90%-i qoxuları hiss etmir.

Qeyd edilir ki, bəzən qoxubilmə xəstəliyin diaqnostikasından 10 il əvvəl itə bilər. Xatırladaq ki, iybilmə duyğusunun itməsi həmçinin koronavirus infeksiyasının tez-tez rast gəlinən əlamətidir.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.12.02

2021.12.01

2021.11.30

2021.11.29

2021.11.28

2021.11.27

2021.11.26

2021.11.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az