Bu gün Yaşar Nurinin doğum günüdür

Bu gün Yaşar Nurinin doğum günüdür

Sentyabrın 3-ü Azərbaycan teatrının, kinosunun görkəmli nümayəndəsi, adı çəkiləndə uşaqdan böyüyə hər kəsin çöhrəsində təbəssüm, ürəyində ən xoş hisslər yaradan Xalq artisti, həmişəyaşar Yaşar Nurinin doğum günüdür.

Mediainfo.az xəbər verir ki, bu gün unudulmaz sənətkarın 69 yaşı tamam olur. Yaşar Nuri haqqında keçmiş zamanda danışmaq, xatirələr söyləmək olmur. Unudulmaz sənətkarın adı, oynadığı obrazlardan gətirdiyimiz sitatlar hər gün, hər saat Yaşar Nurini ürəyimizdə yaşadır.

Yaşar Nuri Azərbaycan səhnəsinin, kinosunun unudulmaz, həmişəyaşar sənətkarıdır. Bu gün də hər il olduğu kimi sənətkarın ailə üzvləri, doğmaları, Yaşar Nuri sənətinin pərəstişkarları unudulmaz sənətkarın II-ci Fəxri Xiyabandakı məzarını ziyarət edəcək.

Yaşar Nurinin ruhuna dualar oxunacaq, xatirəsi hörmətlə yad ediləcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az