AMXM növbəti yeniliklərini təqdim edir

AMXM növbəti yeniliklərini təqdim edir

Bu gün yerli əhalini muzeylərə cəlb etmək məsələsi hər zaman olduğundan daha aktualdır. Bunu nəzərə alaraq, Azərbaycan Milli Xalça Muzeyi cəmiyyətin müxtəlif hədəf qruplarının maraqlarını nəzərə alaraq, proqramlar və layihələr hazırlayır, tamaşaçılarını növbəti yenilikləri ilə sevindirir. Belə ki, həftənin 4 günü fəaliyyət göstərən muzeydə hər çərşənbə axşamı uşaqlar və böyüklər üçün bir-birindən maraqlı ustad dərsləri keçirilir. Ustad dərslərdə istifadə olunan bütün materiallar muzey tərəfindən təmin edilir və uşaqlar öz əlləri ilə yaratdıqları nümunəni özləri ilə aparırlar.

Həftənin çərşənbə günləri muzeyin “Qarabağ” otağında uşaqlar üçün oxu saatı təşkil olunur, onlar üçün maraqlı nağıllar oxunur.

Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən hər dördüncü gün müxtəlif tamaşalar göstərilir. Muzeyin balaca dostları kilimarası “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Tıq-tıq xanım”, “Cırtdan”, “Məlikməmmədin nağılı” tamaşalarına, surdo tərcümə ilə müşayiət olunan “Cırtdan” kölgə teatrına baxmaq şansı əldə edirlər.

Hər həftənin cümə günü isə Azərbaycan Milli Xalça Muzeyində tanınmış mütəxəssislərin ayrı-ayrı mövzulara həsr olunmuş maraqlı mühazirələri keçirilir.

Qeyd edək ki, muzeydə mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılır. 6 yaşdan aşağı uşaqlar və 65 yaşdan yuxarı qonaqlar üçün muzeyə giriş pulsuzdur.

Beləliklə, ziyarətçilərimiz muzeyə gəlməklə həm zəngin və yenilənmiş ekspozisiya ilə tanış ola, həm də onlar üçün hazırlanan proqramlara qatıla bilərlər. Vaxtınızı maraqlı və səmərəli keçirmək istəyirsinizsə, övladlarınızın əylənərək öyrənməsini arzulayırsınızsa, Azərbaycan Milli Xalça Muzeyinə gəlin!

Ətraflı məlumat üçün Azərbaycan Milli Xalça Muzeyinin sosial şəbəkələrdəki səhifələrini izləyə, (012) 497 20 57; (+994) 55 860 30 22 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az