Azərbaycan Milli Xalça Muzeyi növbəti dəfə “Tripadvisor Travellers’ Choise” sertifikatına layiq görülüb

Azərbaycan Milli Xalça Muzeyi növbəti dəfə “Tripadvisor Travellers’ Choise” sertifikatına layiq görülüb

Azərbaycan Milli Xalça Muzeyi dördüncü dəfə “Tripadvisor Travellers’ Choise” (Tripadvisor səyahətçilərin seçimi) sertifikatına layiq görülüb. Bu onu göstərir ki, bütün dünya üçün mövcud çətin dövrdə belə muzeyin peşəkar fəaliyyətini yüksək səviyyədə davam etdirməsi tamaşaçılar, izləyicilər tərəfindən layiqincə dəyərləndirilib və obyektiv qiymətini alıb.

Qeyd edək ki, dünyanın məşhur turizm saytı Tripadvisor-ın 2010-cu ildə təsis olunan bu sertifikatına əsasən yüksək səviyyədə xidmət göstərən məkanlar, turizm müəssisələri layiq görülür. Qalib milyonlarla insanın, turistlərin saytda il ərzində qeyd etdiyi rəylər əsasında müəyyənləşir.

“Tripadvisor Travellers’ Choise” sertifikatını beş dəfə alan müəssisələrin saytın “Şöhrət zalı” fəxri siyahısına daxil olduğunu nəzərə alsaq, Azərbaycan Milli Xalça Muzeyi bu uğurun da bir addımlığındadır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az