“Yaxın vaxtlarda 5 şəhər və rayondakı universitetlərlə bağlı da qərar veriləcək”

“Yaxın vaxtlarda 5 şəhər və rayondakı universitetlərlə bağlı da qərar veriləcək”

"Təhsil Nazirliyi ilə razılaşma əsasında ali məktəblərdə daha çox praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə əyani tədris bərpa olunub. Ali məktəblərin böyük əksəriyyəti isə distant təhsildə qalıb".

Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib: "Hesab edirəm ki, yaxın vaxtlarda 5 şəhər və rayonda yerləşən universitetlərdə tədrisin təşkili ilə bağlı da qərarlar veriləcək”.

Qeyd edək ki, Təhsil Nazirliyinin ötən gün verdiyi qərara əsasən, Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az