Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb

Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb

İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən “Qarabağ” rəqs qrupu İsveç İslam təşkilatı “İbn Rushid Studieförbund” tərəfindən təşkil olunan “Digital Ramazan 2020 Stockholm” tədbirində iştirak edərək milli rəqslərimizi ifa edib.

Mediainfo.az xəbər verir ki, müxtəlif ölkələrin mədəniyyətinin nümayiş edildiyi beynəlxalq tədbirdə İsveç-Azərbaycan Dərnəyi “SAF-ın” nəzdində fəaliyyət göstərən rəqs qrupu “Yallı”, “Almalı” və “Bayram” rəqsləri ilə nümunəvi çıxış ediblər.

İsveçdə yaşayan azərbaycanlı uşaqlardan ibarət rəqs qrupunun çıxışları maraqla qarşılanıb. Tədbir İsveçin dövlət kanalı SVT 1 vasitəsilə yayımlanıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az