Azad Rəhimovun vəziyyəti ağırdır

Azad Rəhimovun vəziyyəti ağırdır

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəfat etməsi ilə bağlı xəbər yayılıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Nazirliyin mətbuat xidməti Səmayə Məmmədova jurnalislərə bildirib ki, nazirin vəfat etməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.

“Azad Rəhimovun vəziyyəti hazırda ağırdır. Ölümü barədə məlumatlar həqiqətə uyğun deyil. Azad Rəhimovun vəziyyətini öyrənmək üçün yaxınları ilə əlaqə saxlayıram", - Məmmədova bildirib.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az