Azərbaycanda imtahanlar yeni qaydalar əsasında keçiriləcək- VİDEO

Azərbaycanda imtahanlar yeni qaydalar əsasında keçiriləcək- VİDEO

Gələn aydan 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanacaq. İmtahanlar həftə sonları müxtəlif şəhər və rayonlarda təşkil ediləcək. Ali təhsil müssisələrinin bakalavriat və magistratura səviyyələrinə qəbul zamanı isə bir sıra ixtisaslar üçün qabiliyyət imtahanı keçirilməyəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, iyun ayından etibarən hər həftə sonu 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanacaq. İmtahanlar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq xüsusi izolyasiya tədbirlərinə uyğun təşkil ediləcək. İmtahan günləri və ona uyğun şəhər və rayonların adları yaxın 2-3 gün ərzində elan olunacaq. İmtahana buraxılış vərəqələri isə hər imtahandan 5 gün əvvəl Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul zamanı isə bir sıra ixtisaslar üçün qabiliyyət imtahanı keçirilməyəcək.

Magistratura səviyyəsinə qəbul üçün isə təkcə 70-ci proqrama aid olan və bu proqramda yalnız rəssamlıq akademiyasının ixtisaslaşmaları üçün qabiliyyət imtahanı keçiriləcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az