Meksikanın məşhur sənətçisi: “Əfsanəvi və möhtəşəm Şuşada çıxış etmək istərdim”

Meksikanın məşhur sənətçisi: “Əfsanəvi və möhtəşəm Şuşada çıxış etmək istərdim”

Meksikanın dünyada ən çox tanınmış xoreoqraf və aktrisası, məşhur kastanyet ifaçısı, prima balerina, çoxsaylı ali beynəlxalq mükafatların sahibi və daha öncə iki dəfə Azərbaycanda konsert proqramı ilə çıxış etmiş Sonia Amelio Müstəqilliyin Bərpasının 30 illiyi və Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik videomüraciəti ünvanlayıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, S.Amelio müraciətdə qeyd olunan əlamətdar tarixlərlə və Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərə bağlı xalqımıza səmimi təbriklərini çatdırıb.

Daha öncə iki dəfə Bakıda səhnəyə çıxmış məşhur meksikalı sənət ustası həmin konsertlər sayəsində Azərbaycana qarşı duyduğu dərin heyranlıq hissinin daha da artırdığını söyləyib.

Sonda xanım Amelio ölkəmizə olan sevgisini nümayiş etdirmək üçün bir daha Azərbaycana səfər etməyi və möhtəşəm və əfsanəvi Şuşa şəhərində çıxış etməyi ürəkdən arzuladığını deyib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az