Əlibaba Məmmədovun yaradıcılığına həsr olunmuş konsert keçiriləcək

Əlibaba Məmmədovun yaradıcılığına həsr olunmuş konsert keçiriləcək

6 may tarixində Beynəlxalq Muğam Mərkəzindən birbaşa yayımlanan "Bizi birləşdirən mədəniyyət" layihəsi ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədov yaradıcılığına həsr olunacaq.

Mediainfo.az-ın məlumatına görə, Mədəniyyyət Nazirliyi və Mədəniyyət kanalının "Bizi birləşdirən mədəniyyət" layihəsinin Xalq artisi Əlibaba Məmmədova həsr olunmuş həftəsi çərçivəsində BMM-nin solistləri xanəndənin repertuarından seçmələr, həmçinin müəllifi olduğu təsnifləri səsləndirəcəklər. Mədəniyyət kanalı və BMM-nin "Facebook" səhifəsindən canlı yayımlanacaq efirdə xanəndələr Babək Quliyev ( Şuşalı) "Qızıl güllər arasında" və "Vilayəti" təsnifi, Elnur Zeynalov "Şur" təsnifi , Səbinə Ərəbli "Mehriban həkim" mahnısını, balaban ifaçısı Rəfael Əsgərovun ifasında isə "Azərbaycan maralı" xalq mahnısı təqdim olunacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az