Siyavuş Kərimi şəxsi həyatı haqda: "Hansı kişi evdə dır-dırı sevər?.."

Siyavuş Kərimi şəxsi həyatı haqda: "Hansı kişi evdə dır-dırı sevər?.."

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi MTV Azərbaycan kanalında "Üzə-düz" proqramında qonaq olub.

Mediainfo.az xəbər verir ki, Siyavuş Kərimi şəxsi həyatından danışıb: "Ailəmə çox bağlıyam, övladlarımı çox sevirəm. Böyük oğlum musiqiçidir. O, hazırda Amerikada yaşayır. Ondan kiçik oğullarım isə biri tar, digəri fortepiano çalır. Yaş fərqi olsa da, aramızada hörmət var. Nə olsun ki, o, uşaqdır, məgər ona acıqlanmalıyam? Xeyr! Uşaqlarım heç vaxt mənim yüksək səsimi eşitməyiblər. Çox çətin ki, bundan sonra da eşidələr.

Sakit və təmkinli insanam. Evdə sərt deyiləm. Sərtliyi sevmirəm. Sərtlik ancaq işdə ola bilər. Xanımımla aramda yaş fərqi var. Amma bu önəmli deyil. Bizi xarakter, ruhumuz, düşüncəmiz, ortaq hər şey bağlayır. Yaşın nə fərqi var ki?! Heç bir qınağa fikir vermədim. Öz həyatımdır, özüm bilərəm. Mən niyə kiminsə sözü ilə oturub-durmalıyam ki?!

Evdə tarazlıq qorunub, saxlanılmalıdır. Uşaqların tərbiyəsi ilə ana məşğul olur, əlbəttə, onun işinə qarışmaq olmaz! Bir problem olanda uşaq "ay ata" demir, "ay ana" deyir. Hansı kişi evdə dır-dırı sevər ki? Evdə sakitçilik olsun. Gülüşü sevirəm ... "

Siyavuş Kərimi hesab edir ki, yaradıcı insanlar öz əsərinin bəhrəsini görməlidir: "Musiqiçilər toy mərasimlərindən qazanırlar, Allah bərəkət versin. Bəs, şair, yazıçı, bəstəkar nə etsin!? Onun əsəri hardasa istifadə olunursa, o, bunun qonorarını almalıdır. Toydan, konsertdən, hətta disk satışından belə yaradıcı insanların qonorarı verilməlidir.

Bəstə hər dəfə radio, televiziyada satılanda pul qəpik-qəpik yığılmalı və yaradıcı heyətin payına çatmalıdır. Mən 30 il olar ki, Avropadan verilişlərdən qonorar alıram. Sonuncu dəfə 700 dollar gəldi... "

Qeyd edək ki, Siyavuş Kərimi ikinci dəfə Günay Kərimi ilə evlidir. Onun bu nikahından iki övladı var.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.10.04

2022.10.03

2022.10.02

2022.10.01

2022.09.30

2022.09.29

2022.09.28

2022.09.27

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az