“Fala inanma, faldan da qalma” - Xalq artisti qaraçının yanına niyə gedib?

“Fala inanma, faldan da qalma” - Xalq artisti qaraçının yanına niyə gedib?

“Mən təkcə “Yarımştat”-da Tomka obrazı deyil, başqa televiziya tamaşalarında da oynamışam. Bəziləri deyir ki, bu elə “Tomka” oynayıb da. Bu sözə görə bəzən əsəbləşirəm. Düzdü, Tomka məni hamıya tanıtdı, sevdirdi. Mən 35 ildir ki, teatrda işləyirəm. Bu mənim günahım deyil ki, teatrda gəlib mənə baxmayıblar. Mənim iş yerim teatrdır, televiziya deyil. Əslində rejissor aktrisanı filmə, seriala dəvət edəndə gəlib onun tamaşasına baxmalıdır, sonra onu seçməlidir. Amma bizdə mafiyadır, kim kimin dostudursa onu çəkir. O vaxt qəbul olunmayan aktyorlar indi baş rollarda çəkilir”.

Mediainfo.az xəbər verir ki, bunu xalq artisti Naibə Allahverdiyeva Moderator.az-a açıqlamasında deyib. O daha sonra əlavə edib.

“35 ildir ki, bu məşhurluğu qoruyub saxlayıram. Mənim dövranım hələ keçməyib. Məşhur adam gündəmdə olmalıdır, unudulmamalıdır. Amma səviyyəli şəkildə gündəmə gəlmək lazımdır. Bəzi telekanallar insanlara mədəniyyət bəxş etməkdən, əksinə mədəniyyətsizliyi təbliğ edirlər. Bəzən reytinq xatirinə elə hoqqalardan çıxırlar ki, bu onların nə müğənniliyinə, nə də aparıcılığına yaraşır. İnsan ilk növbədə özünə hörmət etməlidir. Elə bir hərəkət edərəm ki, bütün Azərbaycan məndən danışar. Əsl sənətkarlar qalıb kənarda, tamaşaçı onlara baxır. İndi kimi dindirirsən müğənnidir, aktrisadır”, - deyə sənətkar bildirib.

Xalq artisti falçı obrazı üçün bir dəfə qaraçı yanına getdiyini də bildirib.

“Caduya, fala inanan insan deyiləm, amma deyirlər ki, fala inanma, faldan da qalma (gülür). Bir falçı obrazım var idi, qaraçının yanına gedib gəldim. Ondan bu obrazın incəliklərini öyrəndim. Ona görə də həmin obraz məni tamaşaçılara sevdirdi. Görün o obrazı kim mənim qədər gözəl oynaya bilərdi? Hətta elə aktrisalar var ki, mimikalarımı, hərəkətlərimi götürüblər. Mən bunu görürəm, amma onlar bir dəfə də dillərinə alıb deməyiblər”, - deyə aktrisa bildirib.

Çox oxunan xəbərlər
Elan
Son xəbərlər

2022.05.27

2022.05.26

2022.05.25

2022.05.24

2022.05.23

2022.05.22

2022.05.21

2022.05.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az