Nazir şöbə müdirini və 5 direktoru cəzalandırdı

Nazir şöbə müdirini və 5 direktoru cəzalandırdı

Tərtər rayonu ərazisində yerləşən bir neçə ümumi təhsil müəssisəsinin inzibati binalarının, həyətyanı sahələrinin, sinif otaqlarının təyinatı üzrə istifadə edilmədiyi barədə daxil olmuş məlumatlarla əlaqədar Təhsil Nazirliyi tərəfindən yerində yoxlama aparılıb.

Bu barədə Mediainfo.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı rayonun Azadqaraqoyunlu, Əskipara, Hacıqərvənd, Qapanlı və Bəyimsarov kənd məktəblərində qeyd olunan nöqsanlar öz təsdiqini tapıb.

Qeyd olunanları nəzərə alaraq, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhərrəmova və müvafiq məktəblərin rəhbərlərinə töhmət verilib.

Həmçinin qeyd olunan halların qarşısının alınması məqsədilə aidiyyəti üzrə digər ümumi təhsil müəssisələrində də maarifləndirmə işinin aparılması tapşırılıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az