Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının Özbəkistanda konserti təxirə salınıb

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının Özbəkistanda konserti təxirə salınıb

Ermənistanın Azərbaycana qarşı təcavüzü və təxribatı nəticəsində 50 nəfər əsgərimizin şəhid olması ilə bağlı Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının Özbəkistanda bu günə nəzərdə tutulan konserti təxirə salınıb.

Bu barədə Mediainfo.az-a Azərbaycan Respublikasının Xalq artisti, hazırda Daşkənddə olan Gülyaz Məmmədova məlumat verib. O deyib ki, bacım Gülyazla birlikdə 14-17 sentyabr tarixində Daşkənd və Buxarada solo konsertl verəsiydik: "Özbəkistanda konsertimiz əvvəlcədən nəzərdə tutulmuşdu. Lakin biz Bakıdan Daşkəndə gələndən sonra Ermənistanın təxribatı nəticəsində iki ölkə sərhədində baş verən toqquşmalarda 50 əsgərimiz şəhid oldu. Ona görə də şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq qarşılıqlı razılaşma nəticəsində konsertimizi təxirə saldıq. Çünki biz belə bir vəziyyətdə konsert verə bilməzdik. Allah şəhidlərimizə rəhmət eləsin. Biz hər ikimiz onların ruhu qarşısında baş əyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Ruhları şad, məkanları cənnət olsun".

Gülyaz Məmmədova uçuşlarla bağlı bəzi problemlərlə qarşılaşdıqlarından özünün 16 sentyabrda Moskva, Gülyanağın isə Dubay vasitəsilə Bakıya qayıdacaqlarını bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları Özbəkistanda çox sevilirlər. Bu yaxınlarda Özbəkistanla Azərbaycan arasında mədəni sahədə əlaqələrin daha da genişləndirilməsinə verdiyi töhfəyə görə prezident Şavkat Mirziyoyevin sərəncamı ilə Güllyanaq Məmmədova Özbəkistanın Xalq artisti fəxri adına layiq görülüb.

Bununla da Gülyanaq Məmmədova SSRİ dövründə Özbəkistanın SSR-in Xalq artisti fəxri adı verilən Zeynəb Xanlarovadan sonra belə bir yüksək ada layiq görülən ikinci məşhur azərbaycanlı xanəndə olub.

Əziz Mustafa

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az