Çarli Çaplinin doğum günüdür

Çarli Çaplinin doğum günüdür

Bu gün Amerika və ingilis kinoaktyoru, ssenaristi, bəstəkarı və rejissoru, universal kinematoqrafiya ustası, dünya kinosunun ən məşhur obrazlarından birinin - avara obrazının yaradıcısı Çarli Çaplinin doğum günüdür.

Mediainfo.az-ın məlumatına görə, səssiz kinonun görkəmli nümayəndəsi Çarli Çaplin 1889-cu ildə Londonda dünyaya gəlib. Onun valideynləri işsizlik və sərxoşluqla mübarizə aparıb. Kasıbçılıq və aclıq çəkən Çarli sonralar həyat təcrübəsini klassik filmlərində əks etdirib.

Çaplin doqquz yaşında aktyorluq sənətinə maraq göstərməyə başlayır və 14 yaşında şou-biznesdə öz yerini tapmaq üçün evi tərk edir.

1912-ci ildə Çaplin Kaliforniya ştatında "Keystone Picture Studio"sunda çalışır və komik aktyor kimi özünün istedadını sınayır. Bir sıra populyar səssiz filmlərin çəkilişində iştirak edir. Onun ilk filmi 1914-cü ildə tək çəkildiyi "Dolanışıq üçün pul qazanma" filmi idi.

Çaplinin "Venisdə uşaq avtomobil yarışları" adlı ikinci filmindəki həyatdan bezmiş və məsum avara Tramp obrazı aktyora şöhrət gətirir.

Çaplin yöndəmsiz paltarları əyninə geyinməyənədək özü də bilmirdi filmdə hansı obrazı necə oynamalıdır. "Yalnız geyindikdə paltarlar və makiyaj mənə obrazı hiss etməyə, anlamağa kömək edir. Mən obrazla tanış olur və çəkilişlərə başladıqda artıq obraz tamamilə yaranmış olurdu", - deyə aktyor bildirir.

1918-ci ilədək Çaplin özünün studiyasını yaratmaq və yaradıcılığına tam sahib olmaq üçün bir aktyor və kinorejissor kimi artıq püxtələşmişdi. 1919-cu ildə o, həmkarları Meri Pikford, Duqlas Feyrbanks və rejissor Devid Vark Qriffislə birgə "The United Artists Film Distribution" adlı şirkət açır.

Onun ilk evliliyi - 17 yaşlı Mildred Harrislə qurduğu ailəsi faciə ilə nəticələnir. Belə ki, onların körpə oğlu iki gün yaşadıqdan sonra vəfat edir və cəmi iki il evlilikdən sonra onlar boşanır.

Lakin həyatında emosional anlar aktyorun yaradıcılığına müsbət təsir göstərməyə başlayır. Çaplin kiçik bir oğlanla birgə filmdə çəkilməyə qərar verir.

Çarli Ceki Kuqan adlı bir uşaqla tanış olur. Səkkiz yaşlı, istedadlı uşağın Çaplini eynilə təqlid etməsi tamaşaçılarda böyük gülüşə səbəb olurdu. 1921-ci ildə "Uşaq" filmi Çaplinin ən böyük uğuru olur. Bu, komediya ilə dramı özündə birləşdirən ilk uzunmetrajlı film idi. 1930-cu illərdə səsli filmlərin ekrana çıxması pantomima ilə şöhrət qazanan aktyor üçün dilemmaya çevrilir. Çaplinin "Müasir zaman" adlı film üçün ssenari yazmasına baxmayaraq, o filmə dialoq yazmamağa, əvəzində filmə sadəcə səs effekti əlavə etməyə qərar verir. Çaplinin sevgilisi Paulett Qoddardın iştirakı ilə film uğurlu alınır. Bundan başqa, Paulett Çaplinin nasizmin yüksəlməsinə həsr etdiyi satirik "Böyük Dikdator" filmində də iştirak edir. Amma o zaman onlar arasında münasibət artıq başa çatmışdı, sadəcə dost idilər. Üç il sonra Çaplin özündən 34 yaş kiçik olan 18 yaşlı Oona Onillə evlənir. Onların səkkiz uşağı olur və Çaplin vəfat edənədək birgə yaşayırlar.

Çaplin son illər solçuluğa rəğbətinə görə antikommunist hökumət rəsmiləri və mətbuat tərəfindən təqib edilirdi. İsveçrəyə sürgün edilən sənətkar orada sevinclə qarşılanır.

Çarli Çaplin 1977-ci ildə Milad bayramı günü vəfat edir. Amma onun ekranlaşdırdığı "Tramp" obrazı hər vaxtın ən gülməli, eyni zamanda, ən qəmgin kloununu əbədiləşdirir…

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az