Düşənbədə “Arşın mal alan” operettasının təqdimatı olub

Düşənbədə “Arşın mal alan” operettasının təqdimatı olub

Tacikistan paytaxtındakı Sədrəddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının təqdimatı keçirilib.

Oxuməni.az xəbər verir ki, təqdimatda Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə, səfirliyin əməkdaşları, diasporumuzun üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Səhnə əsərinin rejissoru Tacikistanın Xalq artisti Şavkat Xalilov, quruluşçu rəssamı Baxrom Safoyevdir.

Rolları Şarofat Usmanzoda, Seyfulla Yusupov, Kurbanmurad Zakirov, Şuxrat Safarov, Munzifo İsoyeva, Mariya Mirzoyeva, Manija Nazarova ifa ediblər.

Tamaşa anşlaqla keçib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az