Rusiya xarici ölkələrlə hava nəqliyyatını iki mərhələdə bərpa edəcək

Rusiya xarici ölkələrlə hava nəqliyyatını iki mərhələdə bərpa edəcək

Rusiya digər ölkələrlə hava nəqliyyatını iki mərhələdə bərpa edəcək.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə koronavirusun yayılmasına qarşı mübarizə aparan operativ qərargah qərar qəbul edib.

Hələlik detallar açıqlanmayıb.

Qeyd edək ki, COVID-19 pandemiyasına görə Rusiya hökuməti martın 27-dən digər ölkələrə müntəzəm və çarter reyslərini dayandırıb. İstisna olaraq bu müddət ərzində yük, poçt, sanitar və humanitar reyslər, eləcə də vətəndaşların ölkələrinə geri qaytarılması üçün xüsusi reyslər yerinə yetirilir.

Xatırladaq ki, operativ qərargahın açıqladığı son statistik məlumatlara görə, Rusiyada koronavirusa yolxunanların sayı 707 301 nəfərə çatıb. İndiyə kimi bu virusdan ölənləri sayı 10 643 nəfərdir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az