Avropa İttifaqının məcmu ÜDM-i rekord həddə azalıb

Avropa İttifaqının məcmu ÜDM-i rekord həddə azalıb

Bu ilin ikinci rübündə Avropa İttifaqı üzv ölkələrinin məcmu ÜDM-si illik hesabla 14,1 faiz, rüblük hesabla da 11,7 faiz azalıb.

"Eurostat”ın mətbuata açıqlamasında avrozonaya aid 19 ölkənin isə məcmu ÜDM-si müvafiq olaraq 15 faiz və 12,1 faiz azalıb.

Həmin statistik məlumatların tutulmağa başladığı 1995-ci ildən etibarən ən kəskin azalma qeydə alındığı da göstərilir.

2020-ci ilin birinci rübündə Aİ-nin məcmu ÜDM-si illik hesabla 2,5 faiz, rüblük hesabla 3,2 faiz, avrozona ölkələrinin də məcmu ÜDM-si müvafiq olaraq 3,1 faiz və 3,6 faiz azalıb. Beləliklə, Avropa iqtisadiyyatında resesiya baş verdiyi göz qabağındadır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az