Dünyanın ən bahalı sikkəsi hərraca çıxarılacaq

Dünyanın ən bahalı sikkəsi hərraca çıxarılacaq

Oktyabrın 8-də 1794-cü ildə buraxılmış gümüş dollar yenidən hərraca çıxarılacaq. Bu sikkələr 2013-cü ildə 10 milyon dollara satılıb və bu dəfə dəyər baxımından yeni rekorda imza ata bilər.

İlk kəsilmiş dollar olduğu deyilən sikkənin üzərində qədim Yunan ilahəsini xarakterizə edən uzunsaçlı qadının profil şəkli, digər tərəfində isə qanadları sağa və sola açılmış qartal əks olunub.

Sikkələrdən ABŞ Prezidenti Corc Vaşinqtonda da olduğu güman edilir. Çünki bu pullar geniş kütlə üçün nəzərdə tutulmayıb, yalnız ABŞ Konqresmenlərinə və fəxri vətəndaşlara paylanmışdı.

Ümumilikdə 1758 ədəd buraxılan gümüş sikkələrdən dövrümüzə, təxminən, 130-u çatıb. İngiltərə ilə müharibədən sonra ABŞ-da qiymətli metal ehtiyatları zəiflədiyi və bu cür pulların sərbəst şəkildə dövriyyə buraxıldığı bildirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az