Tümen və Azərbaycan sahibkarları üçün beynəlxalq onlayn forum keçiriləcək

Tümen və Azərbaycan sahibkarları üçün beynəlxalq onlayn forum keçiriləcək

Mayın 20-də Tümen və Azərbaycan sahibkarları üçün beynəlxalq onlayn forum təşkil olunacaq.

Mediainfo.az “Opora Rossii” kiçik və orta müəssisələri Ümumrusiya ictimai təşkilatının yaydığı məlumata istinadən xəbər verir ki, forumda bu ölkələrdə fəaliyyət göstərən şirkətlərin rəhbərləri və nümayəndələri, habelə iqtisadi məsələlər üzrə diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Forumun fəxri qonaqları sırasında Azərbaycanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin rəhbərləri və “Opora Rossii” təşkilatının vitse-prezidenti Eduard Omarov olacaqlar.

Forum iştirakçıları “Caspian European Club”un fəaliyyəti haqqında məlumat əldə edəcəklər. Bundan əlavə şirkətlərin təqdimatları keçiriləcək və işgüzar əməkdaşlıq imkanları araşdırılacaq.

Sahibkarlara həmkarlarına maraqlandıran mövzularda suallar vermək və faydalı iş əlaqələr yaratmağa imkan yaradılacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.06.05

2020.06.04

BMT-dən Trampa BMT-dən Trampa 4 İyun 09:52

2020.06.03

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az