Daha bir ölkə neft qiymətlərini endirdi

Daha bir ölkə neft qiymətlərini endirdi

İraq hökuməti Səudiyyə Ərəbistanı və bölgədəki digər istehsalçıların analoji hərəkətlərinə cavab olaraq ABŞ, Avropa və Asiya bazarları üçün neft qiymətlərini endirməyə qərar verib.

Mediainfo.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu qərar tələb və təklif arasındakı fərqin azaldılmasına yönəlmiş OPEC+ müqaviləsinə növbəti əngəl rolunu oynayacaq.

Nəşrdə bildirilib ki, dünya bazarında neftin hələ çox olması səbəbindən müştərilər onu mövcud qiymətlərlə almaq istəmir. Asiyada müştərilər İraqın “Basrah Heavy” ağır xam neftini 1 dollar, ABŞ-da 0,75 dollar, Avropada isə 2,65 dollar endirimlə alacaqlar.

Həmçinin bu vəziyyətin İraqın 2021-ci ildə özü üçün azadlıqlar tələb etməsi üçün əlavə bir bəhanə rolunu oynayacağı bildirilib. Ölkə neft gəlirlərindən çox asılıdır və müqavilənin ilk aylarından bəri rekord pozucu olaraq qalır. Belə ki, İraq may-iyul aylarında kvotalarda göstəriləndən 851 min barel çox neft hasil etmişdi, lakin avqust-sentyabr aylarında bu fərqi kompensasiya edəcəyinə söz vermişdi.

“Bloomberg”in məlumatına görə, İraqın müqavilədən çıxması üzrə qeyri-rəsmi danışıqlar artıq başlayıb. Lakin Bağdadın belə bir addım atmağa cəsarət edib-etməyəcəyi məlum deyil.

Qeyd edək ki, 14 sentyabr səhər saatlarında etalon “Brent” markalı neftin bir barrelinin qiyməti 39.53 dollar, “WTI” markalı neftin qiyməti isə 37 dollar səviyyəsində qərarlaşıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az