İsrail Körfəz ölkələrinə neft-qaz xətti təklif edir

İsrail Körfəz ölkələrinə neft-qaz xətti təklif edir

İsrail Körfəz ölkələrinə neft və təbii qaz xəttinin qurulmasını təklif edəcək.

Mediainfo.az xəbər verir ki, bu barədə İsrailin “Qlobes” qəzeti məlumat yayıb.

Məlumata görə, Təl-Əviv Körfəz qazını və neftini Avropaya nəql etmək üçün Körfəz ölkələrinə boru kəməri layihəsi təklifini təqdim etməyə hazırlaşır. Səudiyyə Ərəbistanının da bu layihəyə qoşulacağı iddia olunur.

Bildirilir ki, boru kəməri layihəsinin hədəfləri arasında daşınma müddətinin qısaldılması və Süveyş kanalından yan keçərək maliyyə xərclərinə qənaət edilməsi məsələləri də var.

Qəzet yazır ki, Hörmüz boğazında İran və Yəmənin, Qırmızı dənizdə isə somalili dəniz quldurlarının mövcudluğu layihənin təhlükəsizliyinə mane törədə bilər. Buna görə də qurudan boru xəttinin strateji üstünlük təmin edəcəyi bildirilir.

Həmçinin layihənin İsrail iqtisadiyyatına yüzmilyonlarla dollar gəlir gətirəcəyi də vurğulanıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az