Gələn aydan Kəlbəcərə yeni yol çəkilir

Gələn aydan Kəlbəcərə yeni yol çəkilir

Kəlbəcər rayonuna Gəncə-Toğana yolunu Ömər aşırımından keçməklə yol çəkiləcək. Gələn ay həmin yolun tikintisinə başlanılacaq.

Mediainfo.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda brifinqdə bildirib.

“Hələlik düşmən qonşumuzla yaşayışı təmin edən qədər biz bu yoldan istifadə edəcəyik. Çünki köhnə Kəlbəcər yolundan yalnız sülhməramlılar vasitəsilə istifadə eə bilirik. Yeni yolla bağlı 2 aydır ki, layihələndirilmə işləri aparılr. Bu işlərə Türkiyə şirkəti də cəlb edilib. Yol I texniki dərəcəyə uyğun, Ömər zirvəsinə qalxmadan çəkiləcək. Bu, tunel olacaq və onun uzunluğu 12 km-ə qədər nəzərə tutulur. Lakin layihələndirmədən sonra az da ola bilər”, - deyə o, əlavə edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az